21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Korona qadağaları gəlir

12.03.2021

Çox təəssüflər olsun ki, koronavirus pandemiyası il ərzində öz gedişində qeyri-müəyyənlik nümayiş etdirir.

DM xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Deputat bildirib ki, yenə də karantin rejiminin yumşaldılması insanların arxayınçılığına gətirib çıxardı:

"Bir az yumşalma olan kimi insanlarda elə təəssürat yaranır ki, sanki virus tamamilə bitib. Ancaq bu belə deyil. Çox təəssüf olsun ki, insanlar yenə də qaydalara ciddi riayət etmədi, hətta biz mətbuatdan gördük ki, 100-120 nəfərlik toy məclisi təşkil edən insanlar da oldu. Virusun artmasının səbəbi bunlardır. 100 nəfər insan bir yerə toplaşırsa, orada yoluxma olmalıdır”.

Deputat vurğulayıb ki, artıq aktiv xəstələrin sayı beş minə yaxınlaşır:

"Bundan sonra da biz qaydalara əməl etməyəcəyiksə və bu say artacaqsa, məhdudiyyətlərin gücləndirilməsi zərurətə çevriləcək.

Xüsusən də nəzərə alsaq ki, qarşıdan Novruz bayramı gəlir və xalqımızın bayramda qonaq getmək kimi ənənəsi var, bu səbəbdən virusun yayılma təhlükəsi daha realdır. Novruz bizim ən yüksək şəkildə qeyd etdiyimiz milli bayramımızdır. İnsanlar qonaq getmək, ailələr şənlik keçirtmək istəyəcəklər və təbii ki, bu, onların haqqıdır.

Amma biz bu virusla mübarizədə birlik nümayiş etdirməliyik. Ona görə də bayramqabağı sıxlığın qarşısını almaq üçün Operativ Qərargah tərəfindən qəbul edilə biləcək qərarları anlayışla qəbul etməliyik. Nəzərə almalıyıq ki, bu gün dünya çox təhlükəli bəla ilə üz-üzədir və bu bəlaya qarşı biz birlikdə mübarizə aparmalıyıq və vətəndaş olaraq bu mübarizəyə kömək etməliyik. Əgər bu gün yoluxanların sayı 600-dürsə, sabah 1000 olacaqsa, sərtləşdirmə tədbirlərinə gedilməsi labüddür. İnsanlar bunun olmaması üçün sıxlıq yaratmamalı, qaydalara riayət etməlidir".