03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Çinin 184 alış-veriş saytı bloklandı

12.03.2021

 Səudiyyə Ərəbistanı Çinin saxta məhsulların satışını təşkil edən 184 onlayn saytını bağlayıb.

DM xarici KİV-ə istinadla xəbər verir ki, bu onlayn alış-veriş saytları da istehlakçılara geridönüş və mübadilə, satış sonrası xidmətlər təklif edə bilməyib. Əksinə, təklif etdiyi məhsulların keyfiyyəti ilə alıcıları aldadıb.

Nazirlik mağaza məlumatları, ünvan və əlaqə nömrələri ilə yanaşı, müştəri dəstəyi daxil olmayan bütün bu saytları bloklayıb. Qurum ictimaiyyəti etibarlı mağazalardan məhsul almağa və sosial mediada mənşəyi məlum olmayan reklamlara cavab verməməyə çağırıb. Səudiyyə rəsmiləri bildirib ki, 184 onlayn saytını bloklamaqda məqsəd çoxlu sayda alıcının aldanılmasının qarşısını almaq olub. 

Bu internet saytları vasitəsilə elektron, ətriyyat, çanta, ayaqqabı, paltar və kosmetika kimi istehlak məhsulları satılırdı.

Dələduzluğun aşkarlanmasından sonra nazirlik saytlarda əlavə araşdırma aparıb və barələrində tədbir görülüb. Nazirlik bildirib ki, bağlanan internet saytların mağazaları, ünvan, telefon nömrəsi və istifadəçi baxımı müəssisəsi haqqında məlumat olmayıb.