Ləzədə 20 santimetr qar yağdı
12.03.2021
Ötən gün axşam saatlarından başlayaraq şimal rayonlarına qar yağmağa başlayıb.
DM-in verdiyi məlumata görə, ən çox yağıntı Qusarın Ləzə kəndində qeydə alınıb. Belə ki, burada qarın hündürlüyü 20 santimetrə çatıb. Qubanın rayon mərkəzində 14, Xaltan kəndində 10, Təngəaltıda 15, Qırızda 11, Xınalıqda 3 sm qar yağıb.
Qarın hündürlüyü Qusarın rayon mərkəzində 14, Xaçmazda 4, Xızının Altıağac qəsəbəsində 7 santimetr olub.
Bölgədə ən aşağı temperatur -14 dərəcə Qubanın Qırız kəndində qeydə alınıb.