Çavuşoğlu Qətər XİN başçısı ilə görüşdü
11.03.2021
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qətərli həmkarı Şeyx Məhəmmədlə görüşüb.
DM Türkiyə KİV-ə istinadən xəbər verir ki, Çavuşoğlu bu barədə sosial şəbəkə hesabında məlumat verib.
Görüş Çavuşoğlunun Qətərə səfəri çərçivəsində gerçəkləşdirilib. Tərəflər Körfəzdəki vəziyyəti, ikitərəfli münasibətləri və əməkdaşlıq perspektivlərini müzakirə ediblər.