YAP-da yeni şöbə yaradıldı
11.03.2021
Yeni Azərbaycan Partiyasında (YAP) ləğv edilən Qadınlar Şurasının yerinə yeni şöbə yaradılıb.
DM-in xəbərinə əsasən, yeni yaradılan Gender siyasəti şöbəsi qadın siyasəti, qadınlarla iş fəaliyyətini həyata keçirəcək.
Qeyd edək ki, YAP-ın martın 5-də keçirilən VII qurultayı keçirilib. Qurultayda YAP-ın 40 nəfərdən ibarət yeni İdarə Heyəti formalaşıb, Siyasi Şura ləğv edilib, onun əvəzində Veteranlar Şurası yaradılıb.