Netanyahunun BƏƏ-yə səfəri ləğv olundu
11.03.2021
İsrail baş naziri Benyamin Netanyahunun BƏƏ-yə səfəri ləğv olunub.
DM xarici KİV-ə istinadən xəbər verir ki, səfər bu günə planlaşdırılmışdı. Səfərin ləğv olunması ilə bağlı rəsmi açıqlamada səbəblər açıqlanmayıb.
Lakin Netanyahunun həyat yoldaşı Sara Netanyahunun xəstəxanaya yerləşdirildiyi barədə məlumatlar yayılıb. Güman edilir ki, səfər buna görə ləğv olunub.