Azərbaycanda Novruz ərəfəsində əfv sərəncamı gözlənilir
11.03.2021
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası baxılan sənədlərin siyahısını gələn həftə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edəcək.
DM-in komissiyadan əldə etdiyi məlumata görə, komissiyanın daha iki iclasının da keçirilməsi nəzərdə tutulur.
Komissiyadan bildirilib ki, Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.