Köçəryan geri dönür?
25.07.2018
Ermənistanın eks-prezidenti Robert Köçəryan yenidən siyasətlə məşğul olmaq üçün ölkəyə qayıdacaq.
"Dövran Media" xəbər verir ki, bu iddia ilə "Qraparak” qəzeti çıxış edib.
"O, ölkəyə təkcə 1 mart qırğını ilə bağlı dindirilmədə iştirak üçün gəlmir. Köçəryanın hədəfi siyasətə girməkdir. Belə ki, Rusiya zamanında Serj Sərkisyandan narazı idi, indi isə Nikol Paşinyan onu qane etmir. Moskvanın Paşinyanın yerini Köçəryana ötürəcəyi ilə bağlı proqramın olması istisna edilmir.
Köçəryanın zəmanət verilmiş toxunulmazlığı var. Ciddi əsaslar olmadan Köçəryanın toxunulmazlığını ləğv etmək mümkün deyil. Bunun üçün isə bir neçə il ərzində gərgin iş görülməlidir”, – deyə məqalədə bildirilib.