21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Türkiyə: "İrana qarşı sanksiyalara qoşulmayacağıq"

24.07.2018

"Türkiyə ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmayacaq”.
"Dövran Media"nın Türkiyənin "Dünya” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Amerikadan heyət gəlmişdi. Biz onlara dedik ki, bu sanksiyaların tətbiqində iştirak etməyəcəyik.  Biz rahat şərtlərlə neft alırıq. Sizin dediyinizi etməyəcəyik”, -deyə Çavuşoğlu qeyd edib.
Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo deyib ki, İranın neft sektoruna qarşı ABŞ sanksiyaları noyabrın 4-dən etibarən tətbiq olunmağa başlayacaq. Həmin tarixdən sonra  İrandan neft tədarükü sanksiyaların pozulması kimi hesab olunacaq. ABŞ Dövlət Departamentindən bildirilib ki, Vaşinqton öz müttəfiqlərini noyabrın əvvəlinə qədər İrandan neft alınmasını tamamilə dayandırmaq üçün razı salmağa çalışacaq.