Dünyada yeni dil yarandı: cəmi 17 işarə...
11.03.2021
Sualtı dünyanın əsrarəngiz tarixi təbəqələrini aşkar etmək və mədəni irsi bəşəriyyətə tanıtmaq üçün çalışan arxeoloqlar 17 işarədən ibarət "dil” yaradıblar.
DM DHA-ya istinadən xəbər verir ki, onlar bu ünsiyyətlə sualtı əsərlər mövzusunda öz aralarında anlaşacaqlar.
Dalğıc qrupu bir-birlərinə əsərlər boyu müəyyən edilmiş amforalar, mis qablar, gəmi qəzaları kimi 17 əsər və qalıq haqqında məlumat verəcəklər.
Misir, Türkiyə və Polşanın təşkilatçılığı ilə başlayan çalışmalarda müəyyən olunan işarətlər (17 "Sualtı Mədəniyyət Mirası”) Akdeniz Universitetinin tərəfindən hazırlanıb.