Türkiyə-İran sərhədində zəlzələ oldu
11.03.2021
Türkiyə-İran sərhədlərində zəlzələ olub.
DM Türkiyə KİV-ə istinadən xəbər verir ki, yer silkələnməsi Rixter şkalası ilə 4.2 balla qiymətləndirilib.
Zəlzələ İranın Xoy şəhərində və Türkiyədə Van bölgəsinin Başkale ilçəsində hiss edilib. Ocaq yerin 13.38 kilometr dərinliyində yerləşib. İtki və dağıntılarla bağlı məlumat yoxdur.