Müxalifət Paşinyanın yaşadığı küçəni bağladı
10.03.2021
İrəvanda etirazçılar Proşyan küçəsini də yük maşınları ilə bağlayıblar.
DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, yük maşınları ilə küçənin giriş və çıxışı qapadılıb. Proşyan küçəsində baş nazir Nikol Paşinyan da daxil olmaqla, bir sıra dövlət rəsmilərinin yaşadığı evlər yerləşir.
Müxalifət həmçinin Dəmirçiyan küçəsində də yolu bağlayıb və çadırlarla burada gecələyəcəyini elan edib.