21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Məşhur stadionun adı dəyişdirildi

10.03.2021

 Braziliyanın Rio-de-Janeyro şəhərindəki "Marakana” stadionuna sabiq futbolçu Pelenin adı verilə bilər.

DM xəbər verir ki, bu barədə "O Globo” nəşri məlumat yayıb. Bu layihənin müzakirəsi Rio-de-Janeyro ştatının qanunverici orqanının gündəliyinə daxil edilib və deputatlar tərəfindən dəstəklənib. Stadionun adının dəyişdirilməsi üçün yerli qubernator Klaudio Kastronun razılığı lazımdır.

"Marakana” 1950-ci ildə açılıb və 1999-cu ildə bərpa olunanadək dünyanın ən iritutumlu stadionu sayılıb.

155 250 nəfər üçün nəzərdə tutulmasına baxmayaraq, DÇ-1950-də Braziliya yığmasının Uruqvaya 1:2 hesabı ilə uduzduğu final matçını rəsmi hesablamalara əsasən, 199 854 nəfər izləyib.

Pele Braziliya milli komandası ilə 3 dəfə dünya çempionu olub və FİFA tərəfindən 21-ci əsrin futbolçusu seçilib.