YUNESKO-dan daha bir ziddiyyətli addım
10.03.2021
Ceyhun Osmanlının ingilisdilli "EUtoday" nəşrində nəşr olunan məqaləsinin tərcüməsini təqdim edirik.
Təhsil, elm və mədəniyyət sahələrini vasitə kimi istifadə edən YUNESKO dünyada sülh quruculuğu prosesində vacib bir quruma çevrilmiş, bu istiqamətdə onun mədəni və təbii abidələrin dünya mədəni irs siyahısının xüsusi rolu olmuşdur. Lakin bütün bunlara baxmayaraq son dövrlərdə mübahisə doğuran addımları onun bu fəaliyyətinə kölgə salmışdır. Bu baxımdan Ceyhun Osmanlı YUNESKO-nun son illərdə atdığı ziddiyyətli addımlarla dünyanın media gündəmində yer aldığını və bunun nəticəsində Amerika Birləşmiş Ştatları və İsrail kimi dövlətlərin Birləşmiş Millətlər Təşkilatının mədəni qolu olan YUNESKON-u tərk etdiklərini yazır.
Bu istiqamətdə Amerika Birləşmiş Ştatlarının YUNESKO-nu ‘əsaslı islahatlar’ aparmağa çağırarkən İsrail qurumu tarixi təhrif etməkdə günahlandırmışdır. YUNESKO-nun belə ziddiyyətli yanaşmalarından biri də Dağlıq Qarabağda imzalanan son atəşkəs müqaviləsindən sonra qurumun diplomatik çəkişmələrə səhnə olduğu Cənubi Qafqazda meydana çıxmışdır.