Hulusi Akar albaniyalı həmkarı ilə görüşdü
10.03.2021
Türkiyənin milli müdafiə naziri Hulusi Akar albaniyalı həmkarı Niko Peleşi ilə görüş keçirib.
DM Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi "Twitter" səhifəsində məlumat verilib.
Alban nazir Türkiyə paytaxtı Ankarada rəsmi səfərdədir. Görüş zamanı ikitərəfli münasibətlər və əməkdaşlıq perspektivləri müzakirə olunub.