Peskov Qarabağda Türkiyə ilə əməkdaşlıqdan DANIŞDI
10.03.2021
Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Qarabağla bağlı Rusiya-Türkiyə əməkdaşlığından danışıb.
DM Rusiya KİV-ə istinadən xəbər verir ki, Peslov Türkiyəni Rusiyanın önəmli tərəfdaşı adlandırıb.
"Türkiyə ilə Azərbaycanda atəşkəs rejiminə və üçtərəfli bəyanat üzrə tərəflərin öhdəliklərinin icrasına nəzarətlə bağlı birgə mərkəz çərçivəsində sıx əməkdaşlıq davam edir", - deyə Peskov bəyan edib.