Qasparyanın son çağırışını əmr kimi qəbul edirik
10.03.2021
Ermənistan ordusunun hərbi rəhbər heyəti Baş Qərargah rəisi Onik Qasparyanın çağırışına qoşulub.
DM xəbər verir ki, bu barədə bəyanatı Ermənistan Baş Qərargahı yayıb.
Hərbi rəhbərlik Paşinyanın istefasını tələb etdiklərini bildiriblər.
Onlar, eyni zamanda, Onik Qasparyanın hərbçilərin öz fəaliyyətlərini davam etdirməsiylə bağlı çağırışını əmr kimi qəbul etdiklərini qeyd ediblər.