Paşinyan yeni baş qərargah rəisi təyin etdi
10.03.2021
Ermənistan baş baziri Nikol Paşinyan Artak Davtyanın silahlı qüvvələrin baş qərargah rəisi vəzifəsinə təyin edilməsi qərarını prezident Armen Sarkisyana göndərib.
DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, qərarın rəsmiləşməsi üçün prezidentin onu imzalaması mütləqdir.
Qeyd edək ki, Artak Davtyan 24 May 2018-ci il tarixdən 8 iyun 2020-ci ilədək silahlı qüvvələrin baş qərargah rəisi vəzifəsində çalışıb. 16 iyul 2020-ci il tarixində Ermənistan Respublikası baş nazirinin qərarı ilə Ermənistan Respublikası Hərbi Sənaye Komitəsinin sədri təyin edilib. 11 noyabr 2020-ci ildə təqaüdə çıxıb.