Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Bu barədə DM FHN-inMətbuat xidmətindən məlumat verilib.
Belə ki, nazirliyin "112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında FHN-in aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 37 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində köməksiz vəziyyətdə qalan 4 nəfər xilas edilib, 1 nəfərin intihara cəhdinin qarşısı alınıb, 1 nəfər yanıq xəsarəti alıb, 1 nəfərin meyiti isə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.