Çavuşoğlu Qətərə gedəcək
10.03.2021
Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu Qətərə rəsmi səfərə gedəcək.
DM Türkiyə KİV-ə istinadən xəbər verir ki, türk diplomat 10-11 mart tarixlərində Doha şəhərində olacaq.
Yüksək səviyyəli görüşlər keçirməsi planlaşdırılan Çavuşoğlu həmkarı ilə regional və qlobal gündəmi, Suriya məsələsini və ikitərəfli münasibətləri müzakirə edəcək.