Deputatlar Paşinyana müraciət etdi
10.03.2021
Ermənistan parlamentində hakim "Mənim addımım" blokunu təmsil edən bir qrup qadın deputat baş nazir Nikol Paşinyana müraciət edib.
DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, deputatlar Sona Qazaryan, Kristine Poqosyan, Nazeli Baqdasaryan da daxil olmaqla, hakim blokun parlament fraksiyasının bir qrup millət vəkili təhlükəsizlik zəmanəti tələb edərək Paşinyana müraciət ediblər.
Onlar vətəndaşların aqressiv davranışlarından Paşinyana şikayət ediblər. Paşinyan hüquq-mühafizə orqanları ilə əlaqə saxlamağı və polisə müraciət etməyi tövsiyə edib.