21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ermənistanda vəziyyət pisləşdi...

10.03.2021

Ermənistan prezidenti Armen Sarkisyanın administrasiyası Baş Qərargah rəisi Onik Qasparyanın istefası məsələsinin həm qanuni prosedurlar, həm də konstitusiya məsuliyyəti və siyasi nəticələri baxımından baş nazir Nikol Paşinyanın səlahiyyətində olduğunu bildirib.

Bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.

Ermənistan prezidentinin sözlərinə görə, onun prioriteti "ölkənin təhlükəsizliyini və sabitliyini təmin etmək, ordunun problemlərini həll etməkdir”.

Ermənistandakı daxili siyasi böhran Silahlı Qüvvələrin Baş Qərargahının 25 fevralda siyasi rəhbərliyin dövləti təhlükəyə yönəltməsini ifadə edərək, Ermənistan baş naziri Nikol Paşinyanın istefasını tələb etməsindən sonra daha da pisləşib. Buna cavab olaraq, baş nazir çevriliş cəhdini elan edib və Onik Qasparyanın Baş Qərargah rəisi vəzifəsindən azad edilməsi barədə qərarı imzalayıb. Ancaq prezident Armen Sarkisyan bu sənədi imzalamayıb və etirazlarla Baş nazirə məktub göndərib. Hökümət başçısı sənədləri təkrar prezidentə göndərib. Qanuna uyğun olaraq, Qasparyan Baş Qərargah rəisi vəzifəsini 9 mart tarixinədək icra edib.