Hulusi Akar rumıniyalı həmkarı ilə görüşdü
09.03.2021
Türkiyənin milli müdafiə naziri Hulusi Akar rumıniyalı həmkarı İonel Siuka ilə görüşüb.
DM Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi "Twitter" səhifəsində məlumat verilib.
Hulusi Akar fəxri qaravulla qarşılanıb. Görüşdə ikitərəfli münasibətləri və əməkdaşlıq perspektivləri müzakirə edilib.