21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Hər kəs soyadının sonluğunu bu cür edə bilər

09.03.2021

 Soyadlardakı "ov, yev, ova” şəkilçilərinin milli sonluqlarla əvəz edilməsi vətəndaşın istəyi ilə bağlıdır. Soyad sonluqlarının dəyişdirilməsində heç bir məcburiyyət yoxdur, bu prosedur könüllüdür. Ədliyyə Nazirliyi isə vətəndaşın arzu və istəyini icra edir. İndi istənilən Azərbaycan vətəndaşı öz soyadının sonluğunu milli sonluqla əvəz edə bilər.

DM xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi zamanı parlament sədrinin I müavini Əli Hüseynli deyib.

"Yeni doğulanlarla bağlı isə heç bir problem yoxdur. Azərbaycan vətəndaşı bunu istədiyi zaman icra edə bilər”, - vitse-spiker bildirib.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı soyadların milliləşdirilməsi məsələsini gündəmə gətirib.