Ermənistan müxalifəti bu gün də mitinq keçirəcək
09.03.2021
Bu gün Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti dəfə mitinq keçirəcək.
DM xəbər verir ki, bu barədə müxalifətin birləşdiyi "Vətənin qurtuluşu hərəkatı" məlumat yayıb.
Mitinq saat 17:00-da İrəvanın Baqramyan prospektində başlayacaq.