Paşinyan bu gün, ya da sabah istefaya gedir.
09.03.2021
Nikol Paşinyan özəl, o cümlədən hərbçilərlə görüşləri zamanı 9 və ya 10 martda istefaya gedəcəyi vədini verib.
DM xəbər verir ki, bu məlumatı "Past” qəzeti yayıb.
Məlumata görə, bundan sonra növbədənkənar seçki keçiriləcək.
Qəzet Paşinyanın 9 martda Onik Qasparyanın qovulması barədə qərar qüvvəyə mindikdən sonra ordu tərəfindən heç bir təhdid hiss etməyəcəyi halda istefaya gedəcəyi vədini verdiyini bildirib. Bununla belə ölkənin generalları, siyasi və ekspert dairlərinin Paşinyana inanmadığı vurğulanıb.