Yunanlar təlaş içərisində
09.03.2021
Yunanıstan xarici işlər naziri Nikos Dendias Misirin Türkiyənin qitə şelfini tanımasından sonra bir həll düsturu tapacaqmı?
DM xəbər verir ki, bu barədə Yunanıstanın "Proto Tema" qəzetində "Misirin xəyanəti" başlığı altında yayımlanan məqalədə bildirilib.
Dendiasın Qahirəyə hərəkət etdiyini qeyd edən qəzet Qahirə ilə Afina arasında bölgədə karbohidrogen tədqiqatı aparacaq şirkətin təyin olunması ilə bağlı mübahisələrin olduğunu vurğulayıb.
"Ta Nea" qəzeti, energia.gr xəbər portalı da Qahirənin Afina ilə razılaşdırılan sahəni Türkiyənin qitə şelfi kimi tanımasından, eləcə də Ankara-Qahirə yaxınlaşmasından Yunanıstanın narahat olduğunu yazıb.
Qeyd edək ki, Misir Aralıq dənizində karbohidrogen yataqları ilə bağlı layihəsini Türkiyənin BMT tərəfindən təyin edilən dəniz sərhədini nəzərə alaraq hazırlayıb. Bundan sonra rəsmi Ankara Qahirə ilə dəniz yurisdiksiyasının təyin olunması ilə bağlı danışıqların başlayacağını bildirib.