21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Əli Həsənov: Ordumuza bir ay bəsdir

23.07.2018

Türkiyə də, Azərbaycan da son dövrlərdə müstəqil xarici siyasət həyata keçirir. Sözügedən müstəqil xarici siyasət hər sahədə milliləşməni istəyən iki ölkənin daha güclü münasibətlər qurmasının önünü açır. 
Türkiyə və Azərbaycan "bir millət - iki dövlət” olaraq bütün beynəlxalq tədbirlərdə birlikdə hərəkət etmək və bir-birilərinin hüquqlarını qorumaq barədə həmfikirdir.
"Dövran Media" xəbər verir ki, Türkiyənin "Yeni Şəfəq” nəşrinin yazarı Həsən Öztürk Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun bu fikirlərini türkiyəli jurnalistlərlə söhbətin qısa icmalı olaraq təqdim edib.
Dağlıq Qarabağ problemini yaxından izlədiyini qeyd edən türk həmkarımız Əli Həsənova bu mövzu ilə bağlı suallar da ünvanlayıb. H.Öztürk Əli Həsənovun jurnalistlərin sualına verdiyi bu cavab tirajlayıb:
"Azərbaycan Ordusu öz imkanları ilə bir aya Qarabağı azad etmək gücünə və bacarığına sahibdir. Ancaq biz aparılan beynəlxalq diplomatiyanı önəmsəyirik. O prosesləri diqqətlə izləyirik. Gün gələr və diplomatiya fayda verməzsə, biz də güc tətbiq etmək məcburiyyətində qalarıq. Sizə söyləyirəm, bir ay ərzində milli ordumuz torpaqlarımızı azad edər, Ermənistan işğalına son qoyar”.