Qasparyanın müavini olan general istintaqa cəlb edildi
06.03.2021
Ermənistan ordusunun baş qərargah rəisinin müavini Andranik Makaryan istintaqa cəlb edilib.
DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə "Joğovurd" qəzeti yazıb.
Bildirilir ki, A.Makaryan son müharibə zamanı bir qrup hərbi qulluqçunu döyüş zonasında tərk edib qaçmaqda ittiham edilir. Onun prokurorluq orqanlarında dindirildiyi qeyd olunub.
Xatırladaq ki, A.Makaryan baş qərargahın Paşinyanın istefasını tələb edən bəyanatına qoşulmayan generallardandır. Hərbçinin adı Onik Qasparyanın yerinə gətiriləcək namizədlər sırasında hallanır.