21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ukraynanın Azərbaycandakı səfiri Gəncəyə səfər edib

05.03.2021

Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski xanımı ilə birlikdə Gəncəyə səfər edib. Səfir Gəncə Şəhər İcra Hakimiyyətinin başçıcı Niyazi Bayramovla görüşüb. Görüşdən əvvəl xarici diplomat Ulu Öndər Heydər Əliyevin Gəncənin baş meydanında ucaldılan abidəsini ziyarət edib, önünə çiçəklər düzüb. Görüşdə iki ölkə arasında mövcud olan iqtisadi, siyasi və mədəni əlaqələrdən söhbət açılıb, bu əlaqələrin regionlar arasında da qurulmasının əhəmiyyəti qeyd olunub.

DM xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncənin iqtisadi potensialı, tarixi, mədəniyyəti haqqında qonağa ətraflı məlumat verib. O bildirib ki, Gəncə Azərbaycanın ikinci böyük sənaye şəhəri olmaqla yanaşı, həm də təhsil və mədəniyyət beşiyidir. Azərbaycanın yeganə aqrar universitetinin məhz Nizami yurdunda yerləşdiyini bildirən şəhər rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının yeganə regional bölməsinin də məhz Gəncədə yerləşdiyini diqqətə çatdırıb.

Vladislav Kanevski regionlara ilk səfərinin Gəncədən başladığını və bu qədim şəhər haqqında ətraflı məlumata malik olduğunu bildirib. O qeyd edib ki, səfərinin əsas məqsədi Ukrayna ilə Azərbaycan arasında olan əməkdaşlıq əlaqələrin regionlar səviyyəsində inkişaf etdirilməsinə nail olmaqdır. Səfir Odessa ilə Gəncə arasında qurulan əlaqələrin "qardaşlaşmış şəhərlər” səviyyəsinə çatdırılmasının və daha da genişləndirilməsinin önəmindən danışıb.

Söhbət zamanı Gəncə və Odessa, habelə Ukraynanın digər şəhərləri ilə iqtisadi, aqrar, təhsil və mədəniyyət sahəsində mövcud əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıqların qurulması istiqamətində razılığa gəlinib.

Görüşdən sonra Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib, mülki əhaliyə yönələn terror aktının səbəb olduğu dağıntı və itkilərlə yerində tanış olub. Diplomat gün ərzində Gəncənin bir sıra sənaye müəssisələrində də olacaq.