03 02 2025-cu il Bakı 6 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İranda təyyarə qaçırmağa çalışdılar, amma...

05.03.2021

İranda təyyarə qaçırmağa cəhdin qarşısı alınıb.

Bu barədə İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Aviasiyanın Qorunması üzrə Qərargahının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ötən gün "İran AiR”ə məxsus "Fokker100” təyyarəsi saat 22:10-da Əhvaz şəhərindən Məşhəd şəhərinə uçarkən naməlum şəxs təyyarəni qaçıraraq Fars körfəzi ölkələrindən birinin hava limanına endirmək istəyib.

SEPAH qüvvələri təyyarəni qaçırmaq istəyən şəxsi zərərsizləşdirib. Təyyarə İsfahan şəhər hava limanına təcili eniş edib. Sərnişinlərin hamısı sağlamdır. Təyyarəni qaçırmağa çalışan şəxs həbs olunub. Onun kimliyi açıqlanmayıb.