Çavuşoğlu Cənubi Koreya XİN başçısı ilə görüşdü
05.03.2021
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Koreya Respublikasından (Cənubi Koreya) olan həmkarı Çunq Euyonqla görüşüb.
DM Türkiyə KİV-ə istinadən xəbər verir ki, Çavuşoğlu həmkarını nazir təyin olunması münasibətilə təbrik edib.
Görüş zamanı ikitərəfli münasibətlər, əməkdaşlıq perspektivləri və siyasi gündəm məsələləri müzakirə edilib.