Paşinyanın qərargah rəisi etmək istədiyi general
05.03.2021
Ermənistan ordusunun baş qərargah rəisinin müavini Andranik Makaryan hansı tərəfi dəstəklədiyini açıqlayıb.
DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, A.Makaryan baş qərargahın Paşinyanın istefası tələbi ilə yaydığı bəyanata qoşulmayan generallardandır.
Ermənistan mətbuatı hərbçinin Onik Qasparyanın yerinə baş qərargah rəisi vəzifəsinə namizəd kimi nəzərdən keçirilən generallardan biri olduğunu yazır. Bildirilir ki, A.Makaryan adı ən çox müzakirə olunan namizəddir.
Jurnalistlərin baş verənlərlə bağlı ünvanladığı suallara cavab verməkdən imtina edən A.Makaryan isə fərqli mövqe göstərib.
"Siz bir jurnalist kimi mətbuatın tərəfindəsiniz, deyilmi? Bütün hərbçilər də ordudadır. Təbii ki, ordunun tərəfindəyik", - deyə general bəyan edib.