Azərbaycan dünyada 38-ci yerə yüksəldi
05.03.2021
"Azərbaycan göstəricilərini yaxşılaşdıraraq 2021-ci ildə iqtisadiyyatını İqtisadi Azadlıq İndeksində ən azad ölkələr siyahısında 38-ci yerə yüksəldib və "Ən azad kateqoriyaya” daxil olub”.
DM xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva "Twitter"də yazıb.
"İrəliləməyə davam edirik”, - XİN rəsmisi əlavə edib.