Türkiyədə ekstremal hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi
05.03.2021
Türkiyədə əlverişsiz hava şəraiti ilə bağlı insanlara müraciət edilib.
DM Türkiyə KİV-ə istinadən xəbər verir ki, Şərqi Anadolu və Qara dəniz sahili bölgələrində yerləşən şəhərlərdə şiddətli qar yağması gözlənilir. Yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsinin olduğu bildirilib.
Bildirilib ki, Van, Hakkari, Şırnak, Siirt və Bitlisdə əlverişsiz hava şəraiti daha çox müşahidə olunacaq. Yolların buzlanması, şiddətli külək olacağı gözlənilir. Hava temperaturunun mənfi dərəcələrə enəcəyi proqnozlaşdırılır. İnsanlara zəruri olmadıqca yaşayış yerini tərk etməmək tövsiyə edilib. Sakinlərdən hava şəraitini nəzərə almaq və ehtiyat tədbirləri görmək xahiş edilib.