Admiral: Çin dünya düzənini zorla dəyişdirəcək
05.03.2021
Çin hərbi təyyarələrinin son zamanlar Tayvan yaxınlığında uçuşları artıb.
DM xəbər verir ki, bu sözləri amerikalı admiral Filip Devidson deyib.
O bildirib ki, son zamanlar Çin dünyanın bir çox regionunda ABŞ-ın qarşısını kəsməyə çalışır:
"Çinin Tayvan yaxınlığında uçuşları artırdığını müşahidə edirik. Bura bombardmançı, qırıcı və kəşfiyyat xarakterli təyyarələr də daxildir. Hətta Tayvanın müdafiə zonasına belə daxil olurlar. Çin öz hərbi gücünün beynəlxalq hüquqdan daha üstün olduğu dünya düzəni axtarışındadır. Növbəti 10 il üçün olduqca narahatam. Bu 10 il Çinin üstün gücünün formalaşacağı və regionda mövcud status-kvonu zorla dəyişdirəcəyi dönəm olacaq”.