Hulusi Akar helikopter qəzasının ilkin səbəbini AÇIQLADI
05.03.2021
İlkin ehtimala görə, Türkiyənin şərqində hərbi helikopterin qəzaya uğraması hava şəraitinin qəfil pisləşməsi ilə bağlıdır.
DM Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
"İlkin məlumatlara və şahid ifadələrinə görə, helikopterin qəzaya uğraması qəfildən pisləşən hava ilə əlaqədardır. Lakin faktla bağlı istintaq araşdırmalarına da başlanılacaq. Hadisənin dəqiq səbəbi ətraflı araşdırmadan sonra müəyyənləşdiriləcək”, - deyə Akar bildirib.
O, hadisənin ilk dəqiqələrindən etibarən aidiyyəti dövlət qurumlarının axtarış və xilasetmə işləri, ölənlərin və yaralananların cəsədlərinin təxliyəsi üçün bütün qüvvələri səfərbər etdiyini vurğulayıb.
Qeyd edək ki, Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində 11 nəfər həlak olub, iki nəfər ağır yaralanıb.