21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“Bu layihənin dünyada bənzəri yoxdur”

04.03.2021

Türkiyə ilə Azərbaycanı birləşdirən daha bir layihənin – "Qardaşlıq dastanı” müzikalının hazırlıq mərhələsi başa çatmaq üzrədir.

DM xəbər verir ki, bu barədə layihənin müəllifi Serhat Turak "Haber Global”a müsahibəsində bildirib. Onun sözlərinə görə, "Bir millət - iki dövlət" müziklı iki ölkənin ortaq tarixini, mədəniyyətini, mübarizəsini özündə əks etdirən qardaşlıq dastanı olacaq.

Serhat Turak məşhur "Anadolu ateşi" qrupunun rəqqası kimi illərdir bütün dünyanı dolaşaraq türklüyü, türk mədəniyyətini təbliğ edir. Bu gün isə uzun müddətdir üzərində çalışdığı və xəyalını qurduğu layihəni gerçəkləşdirir:

"Bu müzikl Türkiyə və Azərbaycanın keçmişdən bu günə qədər ən önəmli tarixi hadisələrini özündə əks etdirəcək. Məhmət Akif Ərsoydan Əhməd Cavada, Mövlanadan Nizami Gəncəviyə, tarixin ilk türk qadın hökmdarı Tomrisdən Sara xatuna qədər bütün şəxsiyyətlərdən bəhs ediləcək. Müziklda hər iki ölkədən 100 nəfərə qədər sənətçi səhnəyə çıxacaq. 8 noyabr Şuşanın işğaldan azad edildiyi gündür. Bu layihəni də qismət olarsa, həmin tarixdə Qarabağın mədəniyyət beşiyi olan Şuşada təqdim etməyi planlaşdırırıq. Türkiyə və Azərbaycanla yanaşı, digər türkdilli ölkələrdə və Avropada da müzikli təqdim etməyi düşünürəm. Rəqs, teatr hesabına iki ölkənin qardaşlığının hansı səviyyədə olduğunu göstərəcəyik. Demək olar ki, 5 ildir bunun üzərində çalışıram. Dünyada bənzəri olmayan bir müzikldır. Burda hər şey ən xırda detalına qədər düşünülüb”.