Rusiya yeni sanksiyalar istəmirsə... – ABŞ-ın şərti
04.03.2021
ABŞ Rusiyaya Navalnıya görə yeni sanksiyalar tətbiq etməməsi üçün şərtlərini açıqlayıb.
DM xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət Departamenti yayıb. Vaşinqton Moskvadan bütün kimyəvi silahları məhv etməsini tələb edib:
"Biz Rusiyanı beynəlxalq müşahidəçilərin nəzarəti altında elan etmədiyi kimyəvi silah proqramını açıqlamağa və məhv etməyə çağırırıq”.