Türkiyəyə getmək istəyənlərin NƏZƏRİNƏ
04.03.2021
COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Türkiyəyə quru, dəniz və hava yolu ilə səfər edəcək şəxslərdən son 72 saat ərzində götürülmüş neqativ SARS-CoV-2 PCR testi ilə bağlı tələbin müddəti uzadılıb.
DM-in verdiyi xəbərə görə, müddət 15 aprel 2021-ci il tarixinədək uzadılıb.
Bildirilib ki, neqativ test təqdim edə bilməyənlərə tətbiq ediləcək karantin şərtləri də qüvvədə qalıb.