Xaricdən gətirilən bağlamalar niyə gecikir?
04.03.2021
DGK sədri Səfər Mehdiyev xaricdən gətirilən bağlamaların gecikməsi səbəblərindən danışıb.
DM xəbər verir ki, DGK sədri bildirib ki, daşıyıcı şirkətlərin dövriyyəsi o qədər artıb ki, onlar vaxtında malları çeşidləyə bilmir: "Əgər gecikmə gömrüklə bağlı olsa, siz bunu bəyannamədə görəcəksiniz.
Əgər belə bir hal yoxdursa, o zaman problem şirkətlərin nəzərdə tutulan həcmi gözləməməsi ilə bağlıdır. Bu məsələlərin 80-85 faizi bizlə bağlı deyil. Şirkət malını çeşidləyə bilmir. Əslində onlar bunu xaricdəki anbarlarında çeşidləyib göndərməlidir”.