Türkiyədən ABŞ-a cavab: “Konkret addımlar gözləyirik”
27.01.2018
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın və ABŞ-ın milli təhlükəsizlik müşaviri H.R. Makmasterin görüşündən sonra onun fikirlərinə münasibət bildirib.
Çavuşoğlu bildirib ki, Makmasterin bəyanatı Trampın sözlərini təsdiqləyir:
"Sözdən çox konkret bir addım gözləyirik".
Çavuşoğlu Afrinə yönələn "Zeytun budağı” əməliyyatının nə vaxt bitəcəyinə dair suala "Terrorizmlə mübarizə aparırsınızsa, terrorçular bitənə qədər mübarizə aparmağa davam edəcəksiniz" deyərək cavab verib.
DM