Qubadlıda polis gücləndirilmiş rejimdə işləyir
04.03.2021
Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları rayonun inzibati ərazisində xidməti fəaliyyətini davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları işğaldan azad edilən ərazilərdə yaradılmış postlarda növbəli xidmət aparır, insanların təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər görür.