İYİ Partiyasında şok: Akşənər istefa verdi
22.07.2018
Türkiyənin İYİ Partiyasının sədri Maral Akşənər postundan istefa verib.
"Dövran Media" xəbər verir ki, bu haqda partiyanın İdarə Heyətinin üzvü Fatih Əryılmaz Tvitter hesabında yazıb.
Akşənər 3 həftə ərzində partiyada növbədənkənar qurultayın keçiriləcəyini və partiya sədrliyinə namizəd olmayacağını bildirib.
Qeyd edək ki, Maral Akşənər iyunun 24-də keçirilən prezident və parlament seçkilərindən sonra partiya üzvləri tərəfindən sərt tənqid olunurdu.