Ermənistan ordusunun baş qərargahı daha bir bəyanat yaydı
03.03.2021
Ermənistan ordusunun baş qərargahı növbəti bəyanatla çıxış edib.
DM "RİA Novosti"yə istinadən xəbər verir ki, bəyanat baş qərargah rəisi Onik Qasparyanla əlaqəlidir.
Bildirilib ki, O.Qasparyan hazırda yerindədir və xidməti vəzifəsinin icrasını davam etdirir.