Ermənistan prezidenti müxalifətin tələbini yerinə yetirdi
03.03.2021
Ermənistan prezidenti Armen Sarkisyan və müxalifət liderlərinin görüşü keçirilib.
DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, görüşdə "Vətənin xilası uğrunda hərəkat"ın lideri Vazgen Manukyan, Vətən Partiyasının sədri Artur Vanesyan, Daşnaksütun Partiyasının təmsilçisi Artsvik Minasyan və Serj Sarkisyanın partiyasından Vaqram Baqdasaryan iştirak edib.
Qeyd edək ki, dünən Ermənistan müxalifəti prezidentlə fövqəladə görüş tələbi ilə çıxış etmişdi.