ABŞ-ın Rusiyaya silah qadağası təəccüb yaratdı
03.03.2021
Rusiya ABŞ-dan silah tədarük etmir.
DM xəbər verir ki, bu məlumatı Rusiya Hərbi Texniki Əməkdaşlıq Federal Xidməti yayıb.
Xidmət ABŞ-dan Rusiyaya silah ixracına qoyulan sanksiyanın müəyyən mənada çaşqınlıq yaratdığını bildirib. Belə ki, sonuncu dəfə ABŞ hökumətinin Rusiya ərazisinə hərbi texnikanı Böyük Vətən Müharibəsi zamanı "Lend-liz proqramı” ("Borc vermək”) çərçivəsində tədarük etdiyi vurğulanıb.
Qeyd edək ki, ABŞ bundan öncə Rusiyaya müdafiə silahları üçün texnologiyaların tədarükünə qadağa qoyub.