21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ermənistanda etirazlar səngimir

02.03.2021

  Ermənistanın ikinci prezidenti Robert Köçəryanın tərəfdarları İrəvanda Arşakunyats prospektini bağlayıb. 

DM erməni mediasına istinadən xəbər verir ki, onlar Köçəryanın mühakimə olunmasına etiraz edirlər.

"Fərari Nikol Paşinyanın rəhbərlik etdiyi mövcud qanunsuz hökumət bizim milli qəhrəmanlarımızı mühakimə edir. Dünən isə o, Respublika Meydanından milli qəhrəmanlarımızı ələ salmağa cəhd edib”, - deyə etirazçılar bildirib.

Robert Köçəryan 2008-ci il prezident seçkilərindən sonra martın 1-də paytaxtda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılması barədə əmr verməkdə ittiham olunur. Münaqişə nəticəsində 10 nəfər ölüb.

Hadisə Köçəryanın ölkədə üç həftəlik fövqəladə vəziyyət elan etməsindən sonra baş vermişdi. O, 2018-ci ilin dekabrında həbs edilib. 2019-cu il mayın 18-də azadlığa çıxıb. 2019-cu il iyunun 25-də isə Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edərək keçmiş prezidenti yenidən həbs edib.

2020-ci il iyunun 19-da yenidən Apellyasiya Məhkəməsinin qərarı ilə təxminən 4,2 milyon dollar məbləğində girov qarşılığında Köçəryan barəsindəki həbs qətimkan tədbiri ləğv edilib və o, azad olunub. Məhkəmə həbsi ölkəni tərk etməmək qətimkan tədbiri ilə əvəzləyib. 

Eks-prezident ittihamları rədd edir, onları siyasi motivli sayır.

Martın əvvəlində Xüsusi İstintaq Xidməti (SIS) Köçəryanın ikinci dəfə həbsinin uzadılmasını istəyib. Məhkəmə martın 15-də tələbi təmin edib. Köçəryanın vəkilləri bu tələbi əsassız və siyasi motivli hesab edirlər.

64 yaşlı keçmiş prezident deyir ki, ittihamlar hazırki Baş nazir Nikol Paşinyanın ona qarşı apardığı siyasi "vendetta" nın bir hissəsidir.

Paşinyan 2008-ci il etirazlarında əsas rol oynamışdı və bununla əlaqədar təxminən iki il həbs cəzasına məhkum edilmişdi”.