21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bakını azad edən Nuru Paşanın vəfatından 72 il keçir

02.03.2021

 15 sentyabr 1918-ci ildə Bakı şəhərini bolşevik-daşnak qüvvələrindən azad edən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın vəfatından 72 il keçir.

DM-in məlumatına görə, Nuru Paşa Killigil 1949-cu ilin martın 2-də İstanbulda dünyasını dəyişib. Silah fabrikindəki partlayışda həlak olan generalın ölümü olduqca müəmmalıdır. Sui-qəsd versiyaları mövcuddur.

Nuru Paşa 1890-cı ildə Osmanlı dövlətində, indiki Makedoniya ərazilərində anadan olub. Hərbçi kimi müxtəlif döyüşlərdə iştirak etmiş Nuru Paşa həmçinin Qafqaz İslam Ordusunun komandanı olub. Göyçay, Salyan, Ağsu və Kürdəmiri bolşevik-daşnak işğalından azad edən Qafqaz İslam Ordusu 15 sentyabr 1918-ci ildə Bakını işğalçılardan təmizləyib. Bakı uğrunda döyüşlərdə Qafqaz İslam Ordusu 1 130 nəfər şəhid verib. Bu qələbədən sonra Nuru Paşa "Bakı fatehi" ləqəbini alıb.

Allah rəhmət eləsin!