İrəvanda Koçaryanın tərəfdarları yolları bağladı
02.03.2021
Ermənistanın sabiq prezidenti Robert Koçaryanın tərəfdarları İrəvanda bir neçə küçə və prospekti bağlayıblar.
DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, 1 mart 2008-ci il hadisələrinə görə keçirilən məhkəmə prosesinə etiraz məqsədi ilə "Koçaryanın Azadlığı Komitəsi" adlı ictimai təşəbbüs qrupu məhkəmə binasına gedən Arşakunyants prospektini bağlayıb.
Aksiyaçılar Robert Koçaryana yönəldilmiş bütün ittihamların ləğv edilməsini tələb edib.